Qırmızı.az
Səfirimiz Berlində Metsamor təhlükəsindən danışdı
Mayın 23-də Almaniyanın nüfuzlu Berlin Azad Universitetinin Xəzər Bölgəsi Araşdırmaları Mərkəzində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə mərkəzin tədqiqatçıları və doktorantlarının Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovla görüşü olub.
Berlin Xəzər Bölgəsi Araşdırmaları Mərkəzinin direktoru, professor Luts Mets tədbirin məqsədi barədə məlumat verib.
Sonra səfir Pərviz Şahbazov “Azərbaycanın enerji strategiyasının regional sabitlik və Avropa İttifaqı ilə tərəfdaşlıqda rolu” mövzusunda təqdimatla məruzə edib.
Səfir əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının ölkəmizdə və regionda sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsindəki rolundan danışıb. O, Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, ölkəmizin balanslaşdırırlmış xarici siyasəti və multikultural ənənələrinin onun enerji strategiyasının həyata keçirilməsində oynadığı rol barədə geniş məlumat verib. Pərviz Şahbazov tədbir iştirakçılarını Azərbaycanın “Cənub” qaz dəhlizi”nin yaradılmasında göstərdiyi əhəmiyyətli səylər, ölkəmizin təşəbbüsü və aparıcı rolu ilə həyata keçirilən “Şah-Dəniz 2”, Cənubi Qafqaz boru kəməri, TAP və TANAP kimi irimiqyaslı layihələrin icrasının cari vəziyyətinə dair məlumatlandırıb.
Diplomat, eyni zamanda, regionda inkişaf və əməkdaşlıq, o cümlədən enerji layihələri üçün təhlükə törədən amillər barədə məlumat verib. Səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü regional təhlükəsizlik və əməkdaşlıq üçün ən böyük təhdid olduğunu vurğulayıb. Pərviz Şahbazov Ermənistandakı Metsamor AES-in region üçün təhlükə olduğunu və Ermənistandan nüvə materialları qaçaqmalçılığının yaratdığı real təhdidlər barədə danışıb.
Sonda səfir tədbir iştirakçılarının suallarını cavablandırıb.
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR