Avstraliyada Qarabağ müzakirəsi
Bizi izləyin

Qırmızı.az

Avstraliyada Qarabağ müzakirəsi

Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası dostluq qrupunun Avstraliyada səfərdə olan nümayəndə heyətinin üzvləri - dostluq qrupunun sədri Xanlar Fətiyev və Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Sterlinq şəhərinin meri Covanni İtaliano ilə görüşüblər.

Publika.az xəbər verir ki, görüş zamanı iqtisadiyyat, qarşılıqlı investisiyalar, sahibkarların Avstraliya və Azərbaycanda biznesə cəlb olunması istiqamətində əməkdaşlıq müzakirə edilib.

Qeyd olunub ki, hazırda Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar olaraq Avstraliya ilə təcrübə və texnologiya mübadiləsi hər iki ölkə üçün faydalı olardı.

Görüşdə həmçinin humanitar, mədəniyyət, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub.

Azərbaycanın nümayəndə heyəti parlamentin Qərbi Avstraliyadan olan deputatı Con Makqratla da görüşüb.

Görüşdə Makqrata Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal siyasəti, bir milyondan artıq azərbaycanlının məcburi köçkün düşməsi və Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. Azərbaycanla Avstraliya arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm