Təhsil Nazirliyindən daha bir yenilik
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyindən daha bir yenilik

Təhsil Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sırasına daha biri əlavə olunub.

Publika.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiya) onlayn yoxlanılmasına (http://www.nostrifikasiya.edu.az/frontend/az/form) başlanılıb.

Hazırda Təhsil Nazirliyi tərəfindən 5 interaktiv və 20-dən artıq informativ elektron xidmət (http://www.edu.gov.az/view.php?lang=az&menu=394&id=4411) göstərilir.

Təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu, təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu, eləcə də təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması elektron xidmətlərinin göstərilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm