Avtobuslar üçün ayrıca zolaq
Bizi izləyin

Qırmızı.az

Avtobuslar üçün ayrıca zolaq

Paytaxtda müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün ayrıca zolaqların açılır. Bu zolaqların yaradılması yollarda avtomobillərin hərəkətini xeyli yüngülləşdirəcək.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bakı Nəqliyyat Agentliyi tərəfindən Azadlıq prospektində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi və həmin yolda tıxacın qarşısının alınması məqsədilə avtobusların Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsindən prospektin ikinci yoluna daxil olmasını tənzimləyəcək layihə üzrə görülən işlər yekunlaşmaq üzərədir. Artıq mövcud 5 dayanacağın yeri alternativ köməkçi yola dəyişdirilib.

Məlumat üçün qeyd edək ki, Azadlıq prospektinə günün pik saatlarında 2000-ə yaxın avtonəqliyyat vasitəsi daxil olurdu ki, onlardan 70-i avtobuslar idi.

Əlavə olaraq bildirək ki, Azadlıq prospektindən S.S.Axundov küçəsinə qədər 7 marşrut xətti üzrə 146 avtobus hərəkət edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm