Jurnalist də həmin qadınların toruna düşdü
Bizi izləyin

Qırmızı.az

Jurnalist də həmin qadınların toruna düşdü

Jurnalist də həmin qadınların toruna düşdü

Bu gün “Qafqazinfo”da “Bakıda kişiləri tələyə salan seksi qadınlar” adlı yazı dərc olunmuşdu. Həmin yazı böyük rezonansa səbəb olub. Əvvəlcə onu deyək ki, DİN yazı ilə bağlı reaksiya verərək məsələnin araşdırılacağını bildirib. Məlumat üçün deyək ki, həmin yazıda “Qafqazinfo”ya müraciət edən şəxslərdən birinin problemi əks olunub. Oxucu "odnoklassniki.ru" saytı vasitəsilə Bakıda fəaliyyət göstərən "Anadolu" restoranı ilə üzbəüz yerləşən bardan şikayət edərək orada başına oyun gətirildiyini bildirmişdi. Şikayətçi qızlar tərəfindən aldadılaraq həmin əraziyə aparıldığını və soyğunçuluğa məruz qaldığını deyib. Həmin yazının tam mətni ilə saytımızda tanış ola bilərsiniz.

Həmin yazı saytda işıqlandırıldıqdan sonra 20 minə qədər oxucu tərəfindən oxunub və tənqid olunub. Eyni zamanda, həmin obyektdən əziyyət çəkən xeyli sayda oxucu redaksiyaya müraciət edərək problemlərinin işıqlandırılmasını istəyiblər. Hal-hazırda bununla bağlı saytda ikinci material da yerləşdirilib.

Bu arada hadisəni araşdırmaq məqsədilə həmin əraziyə yollanan “İnterpress” saytının əməkdaşının başına da maraqlı iş gəlib. Saytdan “Qafqazinfo”ya zəng edərək bildiriblər ki, bu yazını portalımızda oxuyandan sonra həmin əraziyə əməkdaş göndərmək qərarına gəliblər. Səxavət Məmməd adlı əməkdaş ora getdikdən sonra eyni situasiya ilə üzləşib. Qapını arxadan bağlayaraq ondan 130 manat ödəməyi tələb ediblər və hazırda həmin əməkdaşı barda girov saxlayırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm