Əbülfəz Qarayev istirahət üçün bu rayonları seçdi
Bizi izləyin

Qırmızı.az

Əbülfəz Qarayev istirahət üçün bu rayonları seçdi

"Bu yay Azərbaycanda da istirahət edəcəm. İstirahət üçün əsasən, Şəki Quba, Şəmkir, Qazax və Şahdağa gedirəm. Qışda hərdən ova da gedirəm. Özüm Azərbaycanın təbiətinə vurğunam, aktiv istirahəti sevirəm".

Publika.az xəbər verir ki, bu sözləri Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev “ASAN radio”nun “Qəbuldasan” verilişdə səsləndirib.

Nazir dinləyicilərə istirahət üçün hansı bölgələri seçməklə bağlı tövsiyələr də verib.

“Şimal-qərb istiqamətində yerləşən tarixi abidələr, xidmətlərin mövcudluğu xariciləri daha çox cəlb edir. Mən şəxsən Azərbaycanda yeni yaranmış istirahət yerlərini seçərdim. Müalicə turizminə üstünlük verərdim. Bu turizm Avropa İttifaqı tərəfindən qəbul edilib. Naftalan, Qalaaltı, Qəbələdə spa istirahət kompleksləri mövcuddur”.

Turizm qiymətləri ilə bağlı narazılıqlara toxunan nazir bildirib ki, bütün maraqlara uyğun qiymətlər var:

“Qiymət fərqi hamını maraqlandırır. Bəzi yerlərdə ucuz, bəzilərində isə nisbətən baha ola bilər. Azərbaycan turizm sektorunda hər bir cibə uyğun qiymət var. Masallıda 15 manata 3 dəfə yeməklə qalmaq üçün otellər var. Onların keyfiyyəti də yaxşıdır. Hesab edirəm ki, bundan ucuz hardasa istirahət etmək mümkündür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm