Qənirə Paşayeva parlamentdə autizmli uşaqların problemini qaldırdı
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva parlamentdə autizmli uşaqların problemini qaldırdı

Millət vəkili Qənirə Paşayeva autizmli xəstələrin problemlərini qaldırıb və bu sahədə təcili qanun və dövlət proqramının qəbul olunmasına çağırıb.

Publika.Az-ın məlumatına görə, millət vəkili parlamentin bugünkü iclasında məsələni qaldırıb.

Aprelin autizmli xəstələrdə bağlı ay elan olunduğunu, 2 aprel tarixinin bütün dünyada Beynəlxalq autizm günü kimi qeyd olunduğunu deyən millət vəkili Milli Məclisin Sosial Siyasət Komitəsində autizmli xəstələrlə məşğul olan qeyri-hökumət təşkilatları ilə birlikdə ciddi müzakirələrin aparılmasına, qanunvericilikdə bu məsələnin öz həllini tapmasına və proqramın qəbul olunmasına çağırıb. Xəstəliklə bağlı məlumat verən Q.Paşayeva autizmli xəstələrlə məşğul olan təşkilatların millət vəkillərinə müraciət göndərdiyini qeyd edərək, Parlamentin bu xəstələrə dəstək istiqamətində addımlar atacağına inandığını deyib. Parlamentin spikeri Oqtay Əsədovun bu məsələ ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirən millət vəkili bildirib ki, Parlamentdə bu istiqamətdə gedəcək müzakirələrə mütləq autizmdən əziyyət çəkən uşaqlarla, insanlarla birbaşa məşğul olan təşkilatları da dəvət etmək, məhz onların iştirakı ilə müzakirələrin aparılması vacib və əhəmiyyətlidir.

Autizmli uşaqlara zamanında yardım göstərməklə onların həyatını, gələcəyini çox hallarda xilas etməyin mümkün olduğunu deyən millət vəkili Qənirə Paşayeva müalicələrin bahalı olması, bu sahədəki mütəxəssislərin azlığı, əhali arasında bu istiqamətdə maarifləndirilmənin zəifliyi ailələri xəstəliklə mübarizədə çətin vəziyyətdə qoyur.

“Ona görə də qanunvericilikdə bu məsələnin öz həllini tapması ilə bərabər, bu istiqamətdə ciddi bir proqram və güclü maarifləndirmə işlərinə ehtiyac var. Dövlət autizmdən əziyyət çəkən ailələrə uşaqların uzunmüddətli müalicəsi istiqamətində bütün dəstəyi göstərməsinə ehtiyac var. Ailələr dövlətdən övladlarının zamanında bu xəstəliklə mübarizə aparıb xilas ola bilməsi üçün dəstək gözləyir və mən inanıram ki, bu dəstək onlara veriləcək. Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən sosial siyasət məhz bu cür insanlara dəstəyi nəzərdə tutur. Bütün cəmiyyətimiz də bu cür ailələrə dəstək olmalı və onları anlamağa çalışmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm