Yağış yağacaq, dolu düşəcək - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Yağış yağacaq, dolu düşəcək - PROQNOZ

İyunun 1-nə olan hava proqnozu açıqlanıb.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyunun 01-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-27, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə iyunun 01-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm