Qırmızı.az
Türkiyədə erməni vandalizmi barədə tədbir – FOTOLAR
Torpaqlarımızın 20 faizini işğal edən Ermənistan on illər boyu tarixi abidələrimizi dağıdaraq, maddi və mədəniyyət nümunələrimizi mənimsəyir.
Publika.az-ın məlumatına görə, Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobud surətdə pozaraq, mütəmadi şəkildə Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.
Məhz bu problemi dünya ictimayyətinin diqqətinə çatdırmaq üçün “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın İşğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin xarici ölkələrdə təbliği” layihəsi çərçivəsində 20-25 may 2016-cı il tarixində İstanbulda 4 müxtəlif məkanda silsilə tədbirlər həyata keçirib.
Tədbirlərdə “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri, layihənin rəhbəri İradə Nəsirova, İnnovativ İdeyalar İnstitutunun direktoru, tarixçi-ekspert Ramil Süleymanov, “Azərbaycan Aydınlar Ocağı” İctimai Birliyinin sədri Vüqar Qədirov, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Qaçqın, köçkün, əlil və veteranların məsələləri" qrupunun üzvü Emin Həsənli, fəal gənclər Könül Məmmədova, Elnar Novruzova da iştirak ediblər.
Tədbirdə İstanbul Anadolu Aydınlar ocağının basqanı, professor İbrahim Öztək, professor Necmi bəy, Sakarya Universitetinin professoru Mustafa Cerrahoglu, Tarix muzeyinin direktoru Qara Bekirqızı Timsal xanım, İzmit TADEF-in nümayəndəsi İlhan İşbaşı və digər dəyərli qonaqlar da iştirak ediblər.
Erməni işğalçıları tərəfindən Azərbaycana vurulan ziyan haqqında İradə Nəsirova ətraflı məlumat verib. İradə xanımın çıxışından sonra Azərbaycanın tarixi abidələrinə qarşı erməni vandalizmini əks etdirən film nümayiş olunub. Vüqar Qədirov, Ramil Süleymanov, Emin Həsənli də çıxış edərək, ermənilərin Azərbaycan torpaqlarında apardığı vandalizm siyasəti haqqında ətraflı məlumat veriblər.
Qarabəkir Kazım paşanın qızı Timsal xanım çıxış edərək, Türkiyənin hər zaman Azərbaycana dəstək olduğunu bildirib və ermənilərin keçmişi haqqında olduqca maraqlı tarixi faktlar barədə məlumat verib. Erməni vandalizmini özündə əks etdirən təlim materialları da qonaqlara və tədbir iştirakçılarına paylanıb.
Bu layihə 3 ay müddətində Türkiyə və Gürcüstanın ayrı-ayrı bölgələrində davam etdiriləcək. Layihə çərçivəsində növbəti tədbirlər Gürcüstanda keçiriləcək.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK