Qırmızı.az
“TEAS Press kitab satış - sərgisi keçirəcək
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “TEAS Press” Nəşriyyat Evi Bakı və Sumqayıt şəhərlərində kitab satış - sərgisi keçirəcək.
1 iyun 2016-cı il tarixində Bakıda satış - sərgi İçərişəhərdə (Qız Qalasının yanında) və Sumqayıt bulvarı ərazisində səhər saat 10:00-dan 18:00-a kimi keçiriləcək.
Sərgidə “TEAS Press” Nəşriyyat Evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsinin nəşrləri, həmçinin ingilis dilinin tədrisi və öyrənilməsi məqsədilə müxtəlif dil bacarığı səviyyələri üçün Böyük Britaniyanın “Oxford University Press” tərəfindən nəşr olunmuş dərsliklər, lüğətlər və sair kitablar satılacaq.
“TEAS Press” Nəşriyyat Evinin “Üç alma” uşaq nəşrləri bölməsinin rəhbəri Kolin Makdonel deyib: ”Uşaqlar bizim gələcəyimizdir və Azərbaycanın gələcəyi uşaqların biliyi, dünya görüşü və tərbiyəsindən asılıdır. Ona görə də biz uşaqlarımızı maarifləndirməyi özümüzə borc bilirik. Bu məsələdə bizim nəşrlərimizin valideynlərə böyük kömək edəcəyinə ümid edirəm”.
Redaktorlar üçün qeyd:
“TEAS Press” Nəşriyyat Evi Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Azərbaycanda nəşriyyat işinin yeni səviyyəyə yüksəldilməsi, Azərbaycan müəlliflərinin əsərlərinin ən yüksək nəşriyyat standartlarında nəşri, həmçinin Azərbaycanın xaricdə tanıdılmasına dəstək vermək məqsədilə təsis edilib.
“TEAS Press” Nəşriyyat Evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsi 2014-cü ildə yaradılıb. “Üç alma” uşaqları əyləndirmək, maarifləndirmək və onları mütaliəyə həvəsləndirmək üçün dünyanın ən yaxşı uşaq kitablarını - həm klassik, həm də yeni kitabları tərcümə edib nəşr edir. Bununla yanaşı, biz Azərbaycanda və xaricdə yaşayan azərbaycanlı yazıçı və illüstratorları cəlb etməklə uşaqlarımız üçün beynəlxalq standartlara cavab verən bədii və elmi-kütləvi ədəbiyyat nümunələri nəşr edirik.
"TEAS Press" Nəşriyyat Evi dünyada ən böyük universitet nəşriyyatı olan "Oxford University Press" (OUP) nəşriyyatının ingilis dilinin tədrisi və digər nəşrlərin yayımı üzrə Azərbaycanda rəsmi nümayəndəsidir.
"Oxford University Press" nəşriyyatının materialları Azərbaycanda müəllim və tələbələrin, eləcə də müxtəlif sahələrdə çalışan və ingilis dilindən istifadə edən mütəxəssislərin bu dildə olan müasir ədəbiyyatla tanış olmasına, həmçinin onların ingilis dili üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsinə zəmin yaradır. "OUP" nəşriyyatı ingilis dilinin öyrənilməsi vasitəsilə müəllim və şagirdlərin dünya görüşünün genişlənməsinə imkan yaradır.
“Üç alma”-nın kitabları onlayn mağazada www.3alma.az saytda satılır.
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ