Sabahdan hava soyuyacaq: yağış, dolu yağacaq - XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Sabahdan hava soyuyacaq: yağış, dolu yağacaq - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

ETSN-in Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, iyunun 2-də Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında - iyunun 3-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gün ərzində paytaxt və yarımadada arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə isə intensiv olmaq ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-19, gündüz 21-26 dərəcə isti, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756, nisbi rütubət 75-85 dərəcə olacaq.

İyunun 2-də Azərbaycan rayonlarında əsasən şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 14-19, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm