Qırmızı.az
Gəncədə 30 549 nəfər müayinə olunub
YAP Gəncə şəhər Təşkilatının Qərarqahında şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə səhiyyə işçilərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinəsi ilə bağlı Gəncə şəhərində keçirilən tədbirlərə həsr olunmuş yığıncağı keçirilib.
Tədbiri şəhər İcra Hakimiyyətinin birinci müavini Mikayıl
Zeynalov açaraq bildirib ki, 2014-cü il fevral ayından
respublikamızın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də
əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri yüksək səviyyədə
yerinə yetirilir. Qeyd olunmalıdır ki ,şəhərdə gedən işlər İcra
Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır.
Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev deyib ki , 17 fevraldan 1
aprel 2014-cü il tarixədək tibbi profilaktik müayinələrdən 30 549
nəfər keçib və əhalinin tibbi müayinəsi may ayınadək yüksək
səviyyədə və uğurla davam edəcək.
Tibbi aksiya çərçivəsində keçirilən tədbirlərdə fərqlənən səhiyyə
işçilərinə Fəxri fərmanlar verilib.
Həmçinin səhiyyə işçilərindən bir qrupuna Yeni Azərbaycan
Partiyasının üzvlük vəsiqələri təqdim olunub. YAP Gəncə şəhər
Təşkilatının sədri Naqif Həmzəyev Partiya sıralarına yeni qəbul
olunan səhiyyə işçilərini təbrik edib və uğurlar arzulayıb.
/Azvision/
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq