Jurnalistlərə YAXŞI xəbərimiz var : 800 manat qazana bilərsiniz
Bizi izləyin

Qırmızı.az

Jurnalistlərə YAXŞI xəbərimiz var : 800 manat qazana bilərsiniz

Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ilə birgə kütləvi informasiya vasitələri arasında “Əli bəy Hüseynzadə və türk dünyası” mövzusunda yazı müsabiqəsi elan edib.

Azərbaycan Mətbuat Şurası Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) ilə birgə kütləvi informasiya vasitələri arasında “Əli bəy Hüseynzadə və türk dünyası” mövzusunda yazı müsabiqəsi elan edib.

Müsabiqənin məqsədi Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq görkəmli mütəfəkkirin həyat və fəaliyyətinin işıqlandırılmasına və təbliğinə dəstək verməkdir.

Müsabiqəyə aprelin 5-dən 30-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Burada dil və janr məhdudiyyəti nəzərdə tutulmayıb və müəlliflər mövzuya yanaşma baxımından sərbəstdirlər.

Təqdimat zərfinə yazı təqdim edən şəxsin hansı kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti, onun əlaqə vasitələri, yazının dərc olunduğu qəzet və jurnalın nüsxəsi, informasiya saytının linki təqdim edilməlidir. 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) artıq yazılar qeydə alınmayacaq.

Material yazılı formada 3 nüsxədə (A4 formatlı kağız vərəqində), həmçinin elektron formada (diskdə, Times New Roman şriftində) müəllifin adı qeyd olunmamaqla aprelin 5-dən hər gün saat 10.00-dan 17.00-dək aşağıda göstərilən ünvana - Bakı şəhəri, Məmməd Araz 4 (köhnə Teymur Əliyev küçəsi, 38) Azərbaycan Mətbuat Şurasına şəxsən təqdim edilməklə çatdırılmalıdır.

Müsabiqədə birinci yerə bir, ikinci yerə 2 və üçüncü yerə 3 qalib seçilməklə, 6 nəfərə də həvəsləndirici mükafat nəzərdə tutulub.

Müsabiqədə birinci yerin sahibinə 800, ikinci yerin sahibinə 500, üçüncü yerin sahibi isə 300 manat pul mükafatı təqdim ediləcək. Həvəsləndirici mükafatların müəlliflərinə isə 100 manat veriləcək.

Müsabiqə qaliblərinin adları 3 may - Türkçülük Günü ərəfəsində açıqlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm