Sabah bu küçələrdə hərəkət tam məhdudlaşacaq
Bizi izləyin

Qırmızı.az

Sabah bu küçələrdə hərəkət tam məhdudlaşacaq

Təmir işləri ilə əlaqədar olaraq Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin Bəkir Çobanzadə küçəsi ilə kəsişməsindən Qara Qarayev prospektinə qədər olan hissəsi (Dakar meydanı) sabah səhər saatlarından hərəkətə tam olaraq bağlanacaq.

Bu barədə Publika.az-a “Azəravtoyol”ASC-dən məlumat verilib. Məlumatda bildirilib ki, əks istiqamətdə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan hissədə isə hərəkətə hər-hansı bir məhdudiyyət tətbiq edilmir.

Yarana biləcək müvəqqəti narahatlığa görə, “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini tövsiyyə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm