
Aprelin 6-dan 10-dək Serbiyanın Belqrad şəhərində “Yeni tələbələr, yeni metodlar və yeni qiymətləndirmə” mövzusunda seminar keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, aprelin 7-8-də isə Azərbaycan-Çexiya ikitərəfli əməkdaşlıq planına əsasən Bakıda insan ehtiyatlarının idarə edilməsi və zabit karyerasının inkişafı üzrə təcrübə mübadiləsi keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər./Azərtac/