Qeydiyyatsız dərman satanlar cərimələnəcək
Bizi izləyin

Qırmızı.az

Qeydiyyatsız dərman satanlar cərimələnəcək

Dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və idxalına görə, cərimələr tətbiq olunacaq. Ölkə parlamenti bununla bağlı qanunvericiliyə dəyişiklik etməyə hazırlaşır.

Dəyişiklik layihəsi iyunun 7-də parlamentin səhiyyə komitəsində müzakirə edilib. Bu haqda Milli Məclisin rəsmi internet saytı xəbər verir.

Xəbərdə bildirilir ki, parlament İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklik nəzərdə tutur.

“Dəyişikliklərə əsasən, keyfiyyətsiz, normativlərə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qeydiyyatdan keçməmiş dərman vasitələrinin satışına görə, vəzifəli şəxslər 1500-2000 manat cərimə olunacaq. Hüquqi şəxslər isə 5-7 min manat arası cərimə ediləcəklər”, deyə komitənin iclasında sədr Əhliman Əmiraslanov məlumat verib.

Komitə qanun layihəsi təklifini parlamentin plenar iclasına tövsiyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm