TQDK elektron ərizənin doldurulması ilə bağlı 3 dəqiqəlik videoçarx hazırlayıb
Bizi izləyin

Qırmızı.az

TQDK elektron ərizənin doldurulması ilə bağlı 3 dəqiqəlik videoçarx hazırlayıb

Aprelin 5-də olan məlumata əsasən, ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssiələrinə qəbul imtahanlarında iştirak etmək üçün 6 minə qədər abituriyent ərizəsini təsdiq edib. Ümumilikdə, ali təhsil müəssisələrinin qəbul imtahanlarında iştirak edən abituriyentlərin 85 %-inin ərizəsini internet üzərindən təsdiq etmək imkanı var. Qalanları isə ərizələri sənəd qəbulu komissiyasında təsdiq etdirə bilər.

Publika.Az-ın məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

E.Nağızadə onu da bildirib ki, sənəd qəbulu komissiyaları aprelin 7-dən fəaliyyətə başlayacaq və aprelin 30-dək davam edəcək. Şənbə və bazar günləri istisna olmaqla işləyəcəklər və ərizələrini sənəd qəbulu komissiyalarında təsdiq etdirmək istəyən abituriyentlər müraciət edə bilərlər.

E.Nağızadə onu da vurğulayıb ki, bəzən abituriyentlər ərizələri özləri doldurmur, başqalarına həvalə edirlər. Bu zaman əlavə problemlər yaranır:

“Abituriyentlərin özlərinin daxil etməli olduqları informasiyaları daxil etmirlər. Bu da əlavə problemlərə səbəb olur. Baxmayaraq ki, elektron ərizələrin doldurulması asan prosesdir, lakin onlar bu prosesi özləri həyata keçirməkdə çətinlik çəkirlər. Buna görə də,TQDK elektron ərizənin doldurulması ilə bağlı 3 dəqiqəlik videoçarx hazırlayıb. Yaxın günlərdə bu televiziyalarda da yayımlanacaq”.

Qeyd edək ki, aprelin 4-ü saat 10:00-a olan məlumata əsasən, azərbaycan bölməsi üzrə 4623, rus bölməsi üzrə 1050 nəfər ərizəsini təsdiq edib. Azərbaycan bölməsi üzrə birinci qrupda 1489, ikinci qrup 1128, üçüncü qrup 1453, dördüncü qrup 553 abituriyent, rus bölməsi üzrə birinci qrupda 333, ikinci qrup 325, üçüncü qrup üzrə 289, dördüncü qrup üzrə 103 abituriyent ərizəsini təsdiq edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm