• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Bakıda 3 marşrut xətti bağlandı

Bakıda 3 marşrut xətti bağlandı

Aparılan otimallaşdırma və təkmilləşdirmə işləri ilə əlaqədar olaraq Bakı Nəliyyat Agentliyində şəhər nəqliyyatında müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib.

Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, görüş əsnasında qanunvericilikdən irəli gələn və BNA tərəfindən hazırlanan Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməyən daşıyıcılarla bağlı tədbir görüləcəyi sahibkarların diqqətinə çatdırılıb.

N.Allahyarova Təkmilləşdirmə işlərinin davamı olaraq müvafiq sərəncama uyğun şəkildə 09.06.2016-cı il tarixindən etibarən 16, 18 və 96 saylı marşrut xətləri sözügedən tələblərə cavab vermədiyindən və təkrarlanan marşrut xətləri hesab olunduğundan BNA tərəfindən xəttdən çıxarılıb.

N.Allahyarova əlavə edib ki, tələblərə uyğun olmayan marşrut xətləri ilə bağlı analoji tədbirlər mərhələli şəkildə davam edəcək: "Əlavə olaraq qeyd edək ki, daşıyıcı şirkət standartlara və tələblərə cavab verən müasir avtobuslar təklif edərsə alternativ yeni xətlərdə həmin daşıyıcı şirkətlərin xidmətləri dəyərləndiriləcək".

Onun sözlərinə görə, "BakuBus" şirkətinin daha 4 marşrutunun işə salınması planlaşdırılır: "Əvvəlcədən "BakuBus"ın planlarına 14 marşrutu işə salmaq var idi. Hazırda Bakıda "BakuBus" şirkətinin 10 marşrutu fəaliyyət göstərir, yay ərzində "BakuBus" şirkətinin daha 4 marşrutunun işə salınması planlaşdırılır".

Onun sözlərinə görə, yay aylarında bu yeniliklərin tətbiqinin səbəbi həmin zaman şəhərdə hərəkətin sıxlığının xeyli aşağı olmasıdır və bu, sakinlərə yeni marşrutlara asan uyğunlaşmağa imkan verəcək.

N. Allahyarova həmçinin bildirib ki, "Bakubus" şirkətinin marşrutlarının birində yeni 18 metrlik avtobus işləyir: "Bu avtobus 1 nömrəli marşrut üzrə ("Koroğlu" metro stansiyası- "28 may" metro stansiyası) işləyir".

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR