DİN - dən Şahmar Paşayevin işdən azad olunması haqda açıqlama
Bizi izləyin

Qırmızı.az

DİN - dən Şahmar Paşayevin işdən azad olunması haqda açıqlama

Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, pokovnik Şahmar Paşayev vəzifəsindən azad olunması haqda xəbər vermişdik.

“Xeberdar.az” saytı Şahmar Paşayevin həqiqətən işdən azad olunmasını və ya hansı səbəbdən işdən çıxarılmasını öyrənmək üçün DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxlayıb.

Polkovnik Ehsan Zahidov Şahmar Paşayevin işdən azad olunmasını təsdiqləyib.

”Şahmar müəllim xidmət haqda əsasnaməyə görə, həm yaş həddinə, həm də özünün nazirə yazdığı kimi səhhətində yarandığı problemlərə görə vaxtında işdən azad olunmasını istəyib.Cənab nazir də onun xidmətlərini nəzərə alaraq bu barədə əmr imzalayıb.Hal-hazırda Şahmar müəllimin yerinə yeni təyinat yoxdur.Onun işlərini müavini yerinə yetirir.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm