Qırmızı.az
Formula 1 zamanı rayon avtomobillərinə məhdudiyyət qoyulacaq?
Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisi ilə bağlı rayonlardan paytaxta gələn nəqliyyat vasitələrinə hər hansı bir xüsusi məhdudiyyət qoyulmayacaq.
Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, rayonlardan gələn nəqliyyat vasitələri ilə bağlı hələ ötən ilin sentyabrından Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizlik komissiyasının müvafiq qərarı var: "Qərara əsasən, 5 tondan yuxarı olan nəqliyyat vasitələrinin, eləcə də rayon qeydiyyatında olan digər minik avtomobillərinin şəhərə girişinə günün müəyyən vaxtlarında məhdudiyyətlər tətbiq edilir".
K.Əliyev bildirib ki, Formula 1 Avropa Qran Prisi zamanı da bu məhdudiyyətlər olduğu kimi qalacaq, hər hansı xüsusi məhdudiyyətin tətbiq edilməsi nəzərdə tutulmur.
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”