FHN-də “Formula 1” könüllüləri ilə görüş
Bizi izləyin

Qırmızı.az

FHN-də “Formula 1” könüllüləri ilə görüş

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Formula 1 Grand Prix of Europe” könüllüləri ilə görüş keçirilib.

Publika.az APA-a istinadən xəbər verir ki, FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov bildirib ki, Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsinin arxasında sabitlik və inkişaf dayanır: "Beynəlxalq yarışların ölkəmizdə keçirilməsi Azərbaycanın həm də bir idman ölkəsi olduğunun göstəricisidir. İdmançılarımızın uğurları ilə yanaşı, könüllülərin fəaliyyəti də Azərbaycan gənclərin vətənpərvərliyindən xəbər verir".

Sonra FHN Akademiyası haqqında video-çarx nümayiş etdirilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin işçi qüvvəsi üzrə meneceri Atif Qənbərov qeyd edib ki, könüllülər FHN-nin təlimlərindən əhəmiyyətli bilgilər əldə edəcəklər: “Könüllülərimiz bütün yarışlarda FHN işçiləri ilə sıx əməkdaşlıq edib. Doğrudan da, ölkəmizdə belə fəal könüllülərin olması ilə fəxr edirik”.

Könüllülərə “Formula 1” yarışı zamanı davranış qaydaları, fövqəladə hal baş verdiyi təqdirdə, tamaşaçıların təxliyəsi məsələləri haqqında məlumat verilib.

Tədbirdə FHN əməkdaşları tərəfindən şərti xəsarət almış şəxslərə ilkin tibbi və psixoloji yardımın göstərilməsi əyani nümayiş olunub.

Sonda yanğınsöndürənlər tərəfindən şərti yanğın yaradılaraq, odsöndürənlər vasitəsilə onun qarşısının alınması üsulları əyani nümayiş etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm