Yaxın günlərdə hava necə olacaq? - PROQNOZ
Bizi izləyin

Qırmızı.az

Yaxın günlərdə hava necə olacaq? - PROQNOZ

Yazın sonu və yayın əvvəlində respublika ərazisində ifrat yağıntıların düşməsi və gursululuq, daşqın, sürüşmə ilə bağlı gərginlik xarakterik hal deyib.

Bunu Publika.az-a açıqlamasında Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, bu aylarda bu cür hava şəraiti nadir təsadüf olunan haldır.

“Çaylardakı daşqınlar və gursululuq, ölkənin əksər ərazisində sürüşmənin fəallaşması anomal haldır. Sonuncu dəfə belə hal 2010-2011-ci illərdə müşahidə edilib. 2010-cu ildə Kürün daşmasını hər kəs xatırlayır. Gursululuq Kür və Arazda yox, respublikanın dağ çaylarında müşahidə olunur. Bu da daxili səbəblər, yağıntıların çox olması ilə əlaqədardır. Böyük Qafqazın yamacları, Kiçik Qafqaza düşən yağıntılar çaylarda suyu artırıb”.

E.Əlizadə bu daşqınların proqnozlaşdırılmadığını bildirib: “Qışdan rütubət çox qalmamışdı və belə daşqınlar proqnozlaşdırılmırdı. Çünki dağlarda qar ehtiyacı çox qalmamışdı. Ölkə ərazisinə dalbadal rütubətli hava kütlələrinin daxil olması nəticəsində belə hallar müşahidə edildi”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, yaxın iki gün ərzində ölkə ərazisində yağmursuz hava proqnozlaşdırılır. Bununla da çaylarda gursululuğun azalması gözlənilir: “İyun ayında belə hadisələr müşahidə olunur. Bu il proqnozlaşdırdığı kimi gursululuq və daşqın baş verdi. Təkcə Kür, Araz deyil, dağ çaylarında da tarixən belə və bundan daha güclü daşqınlar müşahidə olunub. Hələ ki, yaxın iki günü proqnozlaşdıra bilirik və yağmurlu hava şəraiti gözlənilmir. Sonrakı günlərdə də belə hallar proqnozlaşdırılsa, bu barədə məlumat veriləcək. Hazırda çaylarda gursululuq müşahidə edilir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm