İsrailin mediasında Azərbaycan haqqında məqalə dərc edilib
Bizi izləyin

Qırmızı.az

İsrailin mediasında Azərbaycan haqqında məqalə dərc edilib

İsrailin nüfuzlu “Breaking İsrael News” internet portalında Azərbaycan haqqında məqalə dərc edilib.

İsrailin nüfuzlu “Breaking İsrael News” internet portalında Azərbaycan haqqında məqalə dərc edilib.

Məqalədə Azərbaycanın tolerant ölkə olduğu, müxtəlif xalqların nümayəndələrinin dinc şəraitdə yaşadığı diqqətə çatdırılır. Bildirilir ki, müasir, demokratik və dünyəvi dövlət olan Azərbaycan qonşu ölkənin təcavüzündən əziyyət çəkir.

Yazıda deyilir ki, Azərbaycan öz vətəndaşlarının dini və etiqad azadlığını təmin edən dünyəvi müsəlman ölkəsidir. Azərbaycanın müasir baxışlara malik birinci xanımı Mehriban Əliyeva öz fəaliyyəti ilə ölkə qadınlarına nümunə göstərir, onları cəmiyyətdə fəal olmağa ruhlandırır.

Məqalədə Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə yaxşı əməkdaşlığın olduğu qeyd edilir. /Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm