Ermənistan Azərbaycandan qaçan ailəyə sığınacaq verdi
Bizi izləyin

Qırmızı.az

Ermənistan Azərbaycandan qaçan ailəyə sığınacaq verdi

Ermənistan Azərbaycandan qaçan ailəyə sığınacaq verdi

Ermənistan Azərbaycandan qaçan ailənin siyasi sığınacaq istəyini təmin edib.

“Musavat.com-un verdiyi məlumata görə, bu barədə Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeganyan açıqlama verib. “Onların xahişi təmin edilib, ailə qaçqın kimi tanınıb və ona Ermənistanda sığınacaq verilib”, - deyə qurum rəsmisi bildirib.

Xatırladaq ki, bu il yanvarın 29-da erməni-gürcü sərhədindəki “Baqrataşen” gömrük məntəqəsinə Bakı sakini, 1976-cı il təvəllüdlü Cavid Orucov öz həyat yoldaşı və üç uşağı ilə müraciət edərək Ermənistandan siyasi sığınacaq istəmişdi.

Orucov iddia eləmişdi ki, guya erməni əsilli arvadı Roza ilə ailə qurduqdan sonra Azərbaycanda təqiblərlə üzləşib. Lakin Azərbaycanda onun bu iddiaları öz təsdiqini tapmamış, hətta Orucovun doğmaları belə, onun haqda müsbət fikir söyləməmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm