Ləğv olunmuş marşrut xətləri yenidən açıldı
Bizi izləyin

Qırmızı.az

Ləğv olunmuş marşrut xətləri yenidən açıldı

İyunun əvvəlində bağlanan 18 və 96 nömrəli marşrutlar yenidən xəttə buraxılıb.

Bir neçə gün əvvəl xəttdən çıxarılmış avtobusların fəaliyyətinin bərpa edilməsinin səbəbini öyrənmək üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Publika.az-a adıçəkilən avtobusların yenidən xəttdə buraxılması ilə bağlı məsələyə mövqe bildirmək istəmədiklərini dedi.

Qeyd edək ki, iyunun 9-da Bakı Nəqliyyat Agentliyi 16, 18 və 96 saylı marşrut xətlərinin tələblərə cavab vermədiyini və təkrarlanan marşrut xətləri hesab olunduğunu əsas gətirərək bağlandığını elan etmişdi.

Bu avtobusların təkrar bərpa edilməsinin səbəbi isə açıq qalıb.

Qeyd edək ki, həmin marşrutlar "Xaliq Faiqoğlu" MMC-yə məxsusdur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm