Bu gün 2014-cü ilin ilk sınaq imtahanları keçirilir
Bizi izləyin

Qırmızı.az

Bu gün 2014-cü ilin ilk sınaq imtahanları keçirilir

Sınaq imtahanları respublikanın 22 şəhər və rayonunda ümumilikdə 62 binada təşkil olunub.

Bu gün Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə ilk sınaq imtahanları keçirilir.

Sınaq imtahanları respublikanın 22 şəhər və rayonunda ümumilikdə 62 binada təşkil olunub.

İmtahanda iştirak etmək üçün respublika üzrə abituriyentlərə 49405 yer ayrılıb, qeydiyyat internet vasitəsilə martın 27-dən aparılıb.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanlarının aprelin 6-dan iyunun 1-dək keçirilməsi nəzərdə tutulur.

Bu müddətdə ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm