Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı (YENİLƏNİB)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Publika.az-a açıqlamasında bildirib ki, ötən gün açıqlanan proqnozda iyunun 16-da Naxçıvan Muxtar Respublikası ərazisində yağmurlu hava şəraitinin müşahidə ediləcəyi və şimşək çaxacağı barədə məlumat verilib:

“Hər dəfə proqnoz barədə aidiyyəti qurumlara məlumat verilir. Proqnozlaşdırılan kimi bu gecə saatlarından səhərə qədər Naxçıvan Muxtar Respublikası ərazisində şimşək çaxıb. Bu gün sat 09:00-a və 15:00-a olan son məlumatda da Muxtar Respublika ərazisində şimşək çaxdığı müşahidə edilib. Müəyyən saatlarda fasilə olsa da, gün ərzində mütəmadi şimşək çaxıb. Şimşək çaxması həm də qərb küləyinin də sürətini artırıb. Bu gün axşam və gecə saatlarına qədər Naxçıvan Muxtar Respublika ərazisində şimşək çaxacaq”.

***

17:06

Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsi məcburən geri qayıdıb. Bu gün saaat 14:50-də Bakıdan havaya qalxan təyyarə pis hava şəraitinə görə Naxçıvan hava limanına enə bilməyib və Bakıya geri qayıdıb.

“AZAL”ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Publika.az-a bildirib ki, təyyarənin yenidən Bakıda eniş etməsinə səbəb Naxçıvandakı kəskin hava şəraitidir. Muxtar Respublikada hazırda güclü ildırım çaxır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm