Bakının dağılan mədəniyyət sarayı – FOTOLAR\VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakının dağılan mədəniyyət sarayı – FOTOLAR\VİDEO

Suraxanı rayonu Hövsan qəsəbəsindəki mədəniyyət sarayı baxımsızlıqdan acınacaqlı duruma düşüb.

Publika.az xəbər verir ki, qəsəbənin Cəbrayıl Xanməmmədov küçəsində yerləşən, Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin balansındakı saray tədricən dağılaraq sıradan çıxmaqdadır.

Belə ki, sarayın binasının divarlarının suvağı, hətta bəzi yerlərdə daşlar da tədricən dağılır. Binanın pəncərəsinin şüşələri, qapıları sındırılıb. Mədəniyyət sarayının sol hissəsindən isə üfunətdən, natəmizlikdən dayanmaq mümkün deyil. Sakinlərin sözlərinə görə, yaxınlıqdakı elektrik dirəklərinin lampaları sındırıldığından gecələr binanın yaxınlığından keçmək də olmur. Çünki günün ikinci yarısından sonra bura içki düşkünlərinin və tüfeylilərin məkanına çevrilir.

Bütün bunlar baxımsızlıqdan və nəzarətsizlikdən irəli gəlir. Qeyd edək ki, binada həm də Suraxanı 30 saylı I Seçki Dairəsinin 2 saylı seçki məntəqəsi yerləşir.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirdilır ki, hazırda bir sıra mədəniyyət saraylarının təmiri gedir. İdarənin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Muradzadə bildirdi ki, digər mədəniyyət sarayları ilə birlikdə Hövsan Mədəniyyət Sarayı da yenidən təmir ediləcək: “Artıq bir sıra mədəniyyət saraylarının təmiri başa çatıb və onlar istifadəyə verilib. Müşfiqabad qəsəbəsindəki saray, habelə “8 Mart” adına Mədəniyyət Evi əsaslı şəkildə təmir edilərək istifadəyə verilib. Bu istiqamətdə işlər davam etdirilir. Hövsan Mədəniyyət Sarayı da əsaslı şəkildə təmir edilərək sakinlərin istifadəsinə veriləcək”.

Anar Tağıyev,

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm