Dövlət qurumu Nəsibə Zeynalovanı tanımır - FOTOFAKT
Bizi izləyin

Qırmızı.az

Dövlət qurumu Nəsibə Zeynalovanı tanımır - FOTOFAKT

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin internet səhifəsində dolaşarkən bir məqam diqqətimizi çəkdi. Sən demə, Teatr Muzeyi Azərbaycanın məşhur aktrisası, Xalq artisti, dövlət mükafatı laureatı Nəsibə Zeynalovanı tanımırmış.

Publika.az xəbər verir ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin internet səhifəsinin muzey haqqında foto sənədlər bölməsində ölkəmizin tanınmış simaları, habelə muzeylə bağlı şəkillər yerləşdirilərək, onlar barədə məlumat verilib.

Aktrisa olan Nəsibə Zeynalova isə bu bölmədə bəstəkar kimi təqdim edilib. Bunun texniki qüsur və ya başqa bir səbəblə bağlı olub-olmamasını deyə bilmərik. Amma görünən odur ki, Dövlət Teatr Muzeyi N.Zeynalovanı tanımır.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm