Ramil Usubov ANS-ə müsahibə verdi - VİDEO
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov ANS-ə müsahibə verdi - VİDEO

Formula-1 yarışlarında təhlükəsizliyin təmin olunmasına 3 minə qədər polis əməkdaşı cəlb edilib. Bakı şəhəri mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevirilib. Elə buna görə, mindən çox polis əməkdaşı ingilis kurslarını mükəmməl şəkildə bitirib. Onlar heç bir çətinlik olmadan xarici vətəndaşlarla təmasda ola bilirlər.

Bu sözləri ANS-in “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran Daxili İşlər naziri Ramil Usubov bildirib.

Azərbaycanda son kriminogen durum haqqında danışan nazir bəzi dünya mətbuatında Azərbaycanda kriminal vəziyyətin pis olduğu haqqında yazılan yazılara da münasibət bildirib.

O qeyd edib ki, ölkəmizdə ki, siyası sabitlik göz önündədir. Xarici qonaqlar və yerli sakinlər də buna şahiddir. Onun sözlərinə görə, ölkəmizə gələn qonaqlar Avropanın ən öndə gedən şəhərlərində belə bu cür sabitliyin olmadığını bildirirlər.

“Son 5 ilə Azərbaycanda hər 100 min nəfərə 254 cinayət düşürsə, Avropda hər 100 min nəfərə 2-3 dəfə bundan çox cinayət işi düşür. Bu statistikanın özü açıq-aydın hər şeyi göstərir. Bizim ölkə haqqında haqsız mülahizələr söyləmək özü, əlbəttə ki, ədalətsizlikdir”,- deyə Daxili İşlər naziri Ramil Usubov bildirib.

Daha sonra nazir Nardaranda son vəziyyətlə bağlı danışıb. Bu gün Nardaranda abadlaşma işlərinin görüldüyünü, burada tamam yeni bir mənzərənin yaradıldığını qeyd edib. Qəsəbədə əsayişin qorunmasının yüksək səviyyədə təmin edildiyini, sakinlərin də bundan məmnun olduğunu söylən Ramil Usubov əvvəllər vətəndaş-polis etimadsızlığının artıq aradan qaldırıldığını son beş ayda 3 minə qədər nardaranlının müxtəlif məsələlərlə bağlı orada yaradılmış polis bölməsinə müraciət etdiyini əlavə edib.

“Artıq Nardaranda yaşayan insanlar inanır ki, dövlətin qurumu onun müraciətinə reksiya verəcək, tədbir görəcək. Orada baş verən kriminal hadisələrlə bağlı müraciətlərə dərhal baxılır və tədbir görülür. Əsas məqsəd bu idi ki, orada da idarə etmə dövlət qanunları ilə aparılsın. Hesab edirəm ki, bu gün buna nail olunubdur”,- nazir vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm