Qırmızı.az
Buraxılış imtahanlarında yenilik ediləcək - VİDEO
Test imtahanlarının şagirdləri bir istiqamətli düşüncə tərzinə yönəltdiyi özünü ifadə və təxəyyül imkanlarını məhdudlaşdırması ilə bağlı iddialar Təhsil Nazirliyini hərəkətə keçirdi. Belə ki şagirdlərdən artıq esse yazmaq da tələb olunacaq. Hansı ki, bu onların mühakimə və özünüifadə qabiliyyətlərini yüksəltməsinə hesablanıb. Yenilik ilk olaraq buraxılış imtahanlarında tətbiq ediləcək.
Növbəti tədris ilindən etibarən 9-cu siniflər buraxılış imtahanında esse yazacaqlar. Şagirdlərin yazı qabliyyətinin yoxlanılması, inkişaf etdirilməsi və stimullaşdırılması məqsədilə tətbiq edilən bu yenilik şagirdlərin yazı nitqinin formalaşdırmasına kömək edəcək.
Təhsil eksperti Əjdər Ağayev deyir ki, şagirdlər üçün yazı imtahanın olmaması onların gələcək fəaliyyətində də təsirini göstərir. Əjdər Ağayevin sözlərinə görə esse ilə yanaşı şagirdlərə planlı yazı işlərinin də tətbiq olunmasına ehtiyac var. Çünki bu cür yazı işləri şagirdlərin analitik təhlil qabiliyyətini inkişaf etdirir.
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI