"Magistr" dərəcələrinin verilməsi qaydaları dəyişdirildi
Bizi izləyin

Qırmızı.az

"Magistr" dərəcələrinin verilməsi qaydaları dəyişdirildi

Azərbaycan Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişikliklər edib.

Publika.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, dəyişiklikdə qeyd olunur ki, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda magistratura səviyyəsində təhsilin məzmununa, ixtisasların ayrı-ayrı ixtisaslaşmaları üzrə müvafiq təhsil proqramlarına, eləcə də təhsil alanların hazırlıq səviyyəsinə qoyulan tələblər respublikanın bütün ali təhsil müəssisələri ilə yanaşı, AMEA-ya da şamil ediləcək.

Müvafiq ixtisas üzrə magistr hazırlığı AMEA istisna olmaqla, yalnız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçiriləcək.

İndiyədək isə hazırlıq yalnız həmin ixtisas üzrə ali təhsilin birinci səviyyəsi (bakalavriat) buraxılışı olan ali məktəblərdə həyata keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm