Sona Vəliyeva yeni kitabını Zərdabiyə həsr etdi – “İşığa gedən yol”
Bizi izləyin

Qırmızı.az

Sona Vəliyeva yeni kitabını Zərdabiyə həsr etdi – “İşığa gedən yol”

Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” qəzetinin təsisçisi, tanınmış şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın “İşığa gedən yol” adlı kitabı işıq üzü görüb. İndiyə qədər çap olunmuş “Azərbaycançılıq mili ideologiya və ədəbi-estetik təlim kimi”(2012), “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası”(2003) elmi-publisistik və “Çəhrayı rəngli dünyam”(2007), “Arazbarı”(2011) şeirlər kitabları oxucular tərəfindən rəğbətlə qarşılanan Sona Vəliyeva bu dəfə roman janrındakı qabiliyyətlərini nümayiş etdirib.

“İşığa gedən yol” romanı Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin həyat yolu və yaradıcılığına həsr olunub. Əsər görkəmli ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin keçdiyi ağır, məşəqqətli həyat, yaradıcılıq və maarifçilik yolundan bəhs edir. Romanda 1848-ci ildən 1906-cı ilə kimi Zərdabinin həyatında baş verən ən önəmli hadisələrə yaxından şahidlilik etmək mümkündür. Bu roman bir şəxsin timsalında xalqın mədəniyyət, ədəbiyyat, bir sözlə, ziyalılıq tarixinə işıq salır. Azərbaycan tarixinin olduqca ziddiyyətli dövrünün, rus imperiyasının tərkibindəki illərin əks olunduğu əsərdə xalqımız üçün bugünkü müstəqilliyin nə qədər önəmli olduğu bütün aydınlığı ilə görünür.

Kitab 768 səhifə olsa da qısa zamanda oxunur. Əsərdəki yarımbaşlıqlar onun daha oxunaqlı və maraqlı olmasını təmin edir. Əsəri oxuyarkən özünü Zərdabinin bir addımlığında hiss edirsən. Sanki onun sevincini də, məyusluğunu da bölüşürsən. Bu da müəllifin təsvir qabiliyyətinin gücündən xəbər verir.

Tarixi faktlar, müstəsna hadisələr, ağrılı məqamlar müəllifin qələminə xas ustalıqla verilir. Romanda işıqlandırılan hadisələr ilk dəfə Azərbaycan oxucusuna belə sadə, bədii dillə və bütün əhatəliliyi ilə təqdim olunur. XIX əsr və XX əsrin ilk onilliyinin reallığının dərki baxımından “İşığa gedən yol” romanı ədəbiyyatımızda mühüm yeri olan əsər hesab edilməlidir.

Bu romanı Sona Vəliyeva yaradıcılığını sevənlərlə yanaşı, tarixə, mətbuata marağı olan hər bir kəs oxumalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm