Qırmızı.az
Tibb Universitetinin müəllimlərinə xaricdən təklif
Dünya ölkələrinin müxtəlif sahələr üzrə tanınmış tibb alimləri, professorlar Azərbaycan Tibb Universitetinin qonağı olublar.
Publika.Az-ın məlumatına görə, ATU rektoru, akademik Əhliman Əmiraslanovla görüşdə Amerika-Avstriya Fondunun Direktoru, klinik urologiya üzrə professor Volfqanq Aulitski, Kolumbiya univrsitetinin klinik pediatriya üzrə professoru Con Lorenz, Amerika-Avstriya Fondunun digərəməkdaşları iştirak ediblər.
Görüş zamanı millət vəkili Əhliman Əmiraslanov qonaqlara ATU-nun fəaliyyəti, universitetin həkim-müəllim heyəti, son illər istifadəyə verilən klinikaları barədə ətraflı məlumat verib. Daha sonra azərbaycanlı səhiyyə işçilərinin xarici ölkələrdə fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Cənab Volfqanq Aulitski da öz növbəsində ATU ilə tanışlığından məmnun qaldığını bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi Amerika-Avstriya Fondunun xətti ilə tanınmış professorlar, həkimləri dünyanın müxtəlif ölkələrində təlimlərdə çıxış edirlər. V.Aulitski ATU-nun peşəkar həkimlərini də təlimçilər sırasında görmək istədiyini bildirib.
Xarici qonaqlarla görüşdə ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev, beynəlxalq münasibətlər şöbəsinin müdiri Rəhimə Qabulova, Rezidentura şöbəsinin dekan müavini İsmayıl Əfəndiyev, I cərrahi xəstəlikləri kafedrasının dosenti Nadir Zeynalov iştirak ediblər.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı