Taksilərdə yeni dövr başlayır
Bizi izləyin

Qırmızı.az

Taksilərdə yeni dövr başlayır

Yaxın zamanda taksilərə yeni fərqlənmə nişanları veriləcək. Qoyulan tələblərə cavab verməyən taksilər fərqlənmə nişanı almaqdan məhrum olacaqlar.

Bunu Publika.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, bu yenilik həm də taksilərdə yeni bir dövr başladacaq.

“Müəyyən şirkət taksilərində sahibkar tərəfindən bəzi tənzimləmələr var. Lakin fərdi sahibkarların işlətdiyi taksidə hər sahibkar özü həm sürücü, həm də rəhbərdir. Özləri-özlərini idarə edir. Lakin növbəti aydan artıq bir sıra işlər başlayacaq. Taksilərin hamısında sürücünün adı yazılan lövhələr olacaq. Həmçinin itən əşya və sürücünün qayda pozuntusuna görə sərnişinlərin müraciət edə biləcəkləri əlaqə nömrələri olacaq. Narazı sərnişinlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə biləcək. Taksilərdə taksometrlər quraşdırılacaq. Bu da hər sürücünün sərnişinə istədiyi qiyməti deməsinin qarşısını alacaq. Çünki taksi sürücüləri tıxac saatlarında fərqli, adi saatlarda fərqli qiymətlər müəyyən edir. Halbuki qiymət yola görə müəyyən edilməlidir” - deyə, N.Allahyarova əlavə edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm