Əhliman Əmiraslanov tələbələrlə görüş keçirib
Bizi izləyin

Qırmızı.az

Əhliman Əmiraslanov tələbələrlə görüş keçirib

Ötən həftə Azərbaycan Tibb Universitetinin rəhbərliyi tələbələrlə görüş keçirib.

Publika.Az-ın məlumatına görə, hər gün müxtəlif fakültələr üzrə təşkil olunan görüşlərdə rektor, akademik Əhliman Əmiraslanov tələbələrin universitetdəki təhsil səviyyəsi ilə bağlı fikirlərini öyrənib, onların sosial durumu ilə maraqlanıb. Görüşlər stomatologiya, pediatriya, müalicə profilaktika I və müalicə profilaktika II, həmçinin tibbi profilaktika və tibbi biologiya fakültələrində baş tutub.

Müzakirələr zamanı tələbələr rəhbərliyə olan suallarını ünvanlayıblar. Müraciətlərin əksəriyyəti tədris proqramı - imtahan sualları, dərs cədvəli, müxtəlif fənlər üzrə proqram və s. bağlı olub. Bəzi tələbələr ATU-dakı nizam-intizam məsələlərinə də toxunublar, bəzi təkliflərlə çıxış ediblər. Rektor, millət vəkili Əhliman Əmiraslanov bir çox müraciətlərin araşdırılması ilə bağlı yerindəcə göstəriş verib.

Akademik Ə.Əmiraslanov bildirib ki, bu cür geni tərkibli görüşlər mütəmadi olaraq təşkil olunacaq, tələbələrin rəyi öyrəniləcək, təhsil səviyyəsinin daha da yüksəldilməsi üçün müvafiq tədbirlər görüləcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm