Xədicə İsmayıl cərimədən azad olundu
Bizi izləyin

Qırmızı.az

Xədicə İsmayıl cərimədən azad olundu

Jurnalist Xədicə İsmayıl iyunun 15-dən icrasına başlanan amnistiya aktına əsasən cərimədən azad edilib.

Bu barədə Trend-ə X.İsmayılın vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, X.İsmayıl məhkəmə qərarı ilə 2500 manat cərimə olunmuşdu. İyunun 15-də icrasına başlanan amnistiya aktı ilə o, cərimədən azad olunub.

Qeyd edək ki, Binəqədi rayon məhkəməsinin qərarı ilə X.İsmayıl ötən il şərəf və ləyaqətin təhqir olunmasında təqsirli bilinərək 2500 manat cərimələnmişdi.

Xatırladaq ki, X.İsmayıl həmin vaxt həbsdə olub. Jurnalist bu il mayın 25-də Ali Məhkəmənin qərarı ilə şərti cəza alaraq azadlığa buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm