Fövqəladə Hallar Nazirliyində avstriyalı ekspertlərlə görüş - FOTO
Bizi izləyin

Qırmızı.az

Fövqəladə Hallar Nazirliyində avstriyalı ekspertlərlə görüş - FOTO

İyunun 22-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində ölkəmizdə səfərdə olan Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin ekspertləri ilə görüş keçirilib.

Qonaqları səmimiyyətlə salamlayan Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat vermiş, nazirliyin nümayəndə heyətlərinin müxtəlif illərdə Avstriyaya səfərləri, o cümlədən İnsbruk şəhərində keçirilmiş təlimlərdə iştirakını xatırladıb. O, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrə mühüm töhfə verdiyini vurğulayıb və Fövqəladə Hallar Nazirliyi üçün Avstriyanın uyğun qurumlarının təcrübəsinin maraqlı olduğunu bildirib.

Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat eksperti polkovnik Hans Ebner səmimi görüşə görə təşəkkürünü bildirib, ölkəmizdə olacaqları müddətdə yanğından mühafizə, axtarış-xilasetmə üzrə azərbaycanlı həmkarları ilə geniş təcrübə mübadiləsi aparılacağını söyləyib.

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı ilə tanış olublar.

Səfər çərçivəsində avstriyalı ekspertlər iyunun 26-dək FHN-in qurumlarında olacaq, həmçinin, FHN Akademiyasında seminar keçirəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm