Polis rəisi qəzaya düşdü: vəziyyəti ağırdır
Bizi izləyin

Qırmızı.az

Polis rəisi qəzaya düşdü: vəziyyəti ağırdır

Polis rəisi qəzaya düşdü: vəziyyəti ağırdır

Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əkbər İsmayılov ağır avtomobil qəzasına düşüb.“Axar.az”ın məlumatına görə, hadisə aprelin 4-nə keçə gecə, Fəhlə prospektində baş verib. Dərhal DİN-in hospitalına yerləşdirilən polis rəisinin vəziyyətinin yaxşı olmadığı bildirilir.

Hazırda Xətai rayonunun polis rəisi vəzifəsini rəsi müavininin əvəz etdiyi də qeyd edilir. Daxili İşlər nazirliyində ciddi şəkildə müzakirə olunan bu qəza hadisəsinin ən maraqlı cəhəti isə polis rəisinin işdən azad ediləcəyi ilə bağlıdır. Belə ki, polkovnik Əkbər İsmayılovun avtomobili özünün idarə etdiyi və içkili olması barədə yayılan qeyri-rəsmi məlumatın nazir Ramil Usubovun ciddi narazılığına səbəb olub və onun müalicəsindən dərhal sonra istefaya göndəriləcəyi haqda qərar verib.

DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Axar.az”a açıqlamasında Xətai rayonunun polis rəisi Əkbər İsmayılovun qəzaya düşdüyü xəbərini təsdiqləyib: “Qəzadır, hamının başına gələ bilər. Ümid edirik ki, cənab polkovnikin səhhətindəki narahatlıq qısa müddətdə arxada qalacaq”.

E.Zahidov bununla bağlı başqa yayılan digər xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm