Azərbaycanda DƏHŞƏTLİ olay - Həkim xəstənin sağlam ayağını kəsdi - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda DƏHŞƏTLİ olay - Həkim xəstənin sağlam ayağını kəsdi - FOTO (YENİLƏNİB)

Səhiyyə Nazirliyi Azərbaycanda həkimin sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hazırda Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalar aparılır. Eyni zamanda, məsələ Hüquq Mühafizə Orqanları tərəfindən də araşdırılır. Həm Səhiyyə Nazirliyi Tibbi Ekspertizanın həm də Hüquq Mühafizə orqanının nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək

Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski Publika.az-a açıqlamasında bildirib ki, həmin xəstə uzun illərdir hər iki ayağında olan xəstəliyə görə müalicə alırdı. Onun ayağına diabetin qanqrena diaqnozu qoyulmuşdu.

“Onu müalicə edən həkim Valeh Kərimovun sözlərinə görə amputasiya olunan ayağa da dərhal müdaxilə edilməli idi. Səhiyyə Nazirliyinin bu işlə bağlı yaratdığı xüsusi komissiya hazırda mərkəzdədir. Onlar araşdırma aparırlar. Digər ayağın nə üçün amputasiya edilməməsinə gəldikdə, bununla bağlı araşdırma aparılır. Araşdırma aparılandan sonra məlumat veriləcək”.

***

15:08

Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib.

Bu barədə xəstənin yaxınları məlumat veriblər.

Xəstənin nəvəsi Zaur Hüseynovun sözlərinə görə, nənəsi şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.

“Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib. Lakin əməliyyatdan sonra həmin həkim yoxa çıxıb. Hazırda bütün qohum-əqrəba açıqlama verməsi üçün həmin həkimi axtarır. Lakin tapa bilmirik. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları xəstəxanadadır. Onlar Valeh həkimi idarəyə aparacaqlar".

Məsələ ilə bağlı mərkəzdən əvvəlcə bu adda həkimin onlarda çalışmadığı bildirilib. “Bizim xəstəxananın həyətində başqa bir xəstəxana var. Ola bilər ki, xəstə həmin tibb müəssisəsində əməliyyat edilib”, - deyə mərkəzin baş həkiminin katibəsi bildirdi.

Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski isə faktı təsdiqləyib. O deyib ki, məsələdən xəbərdardır və artıq fakta görə polis əməkdaşları xəstəxanaya cəlb edilib. “Bu işə görə mən özüm də şokdayam”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə məsələnin araşdırılacağını bildirdilər. (anspress.com)

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm