Qırmızı.az
İranda Səfəvilər dövrünün abidəsi: Si o se pol körpüsü
İran İslam Respublikası zəngin tarixi keçmişi ilə xarici turistləri cəlb edən ölkələrdən biridir. Buradakı tarixi abidələr avropalı turistlər üçün olduqca maraqlıdır.
Belə tarixi abidələrdən biri də İsfahan şəhərinin mərkəzindən axan Zayəndə çayı üzərindəki tarixi Si o se pol körpüsüdür (“pol” sözü fars dilindən tərcümədə körpü deməkdir. Si o se pol isə 33 arkası olan körpü kimi tərcümə edilir).
Bu körpü Səfəvi dövlətinin şahənşahı II Şah Abbas tərəfindən tikdirilib. Körpünün tikintisinə 1599-cu ildə başlanılıb və 1602-ci ildə başa çatdırılıb. Uzunluğu 300 metr, eni 14 metr olan körpünün tikintisini II Şah Abbas Gürcüstan əsilli vəziri Allahverdi xana tapşırmışdır. Vəzir İranda, Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən tanınmış memarları dəvət edərək körpünü xüsusi zövqlə tikdirib. Belə ki, 33 arkadan ibarət olan körpü yalnız çayı keçmək üçün deyil, həm də istirahət üçün nəzərdə tutulub. Körpünün üstündə bir neçə otaq inşa edilib ki, bunların birindən çayın suyunun artıb azalmasını müşahidə etmək üçün istifadə edilib. Otaqlardan biri xüsusi olaraq şahənşahın, digərləri isə saray əyanlarının gəzinti zamanı istirahəti üçün tikilib. Otaqların şəhərə və çaya baxan pəncərələri var.
Müasir dövrdə bu körpü turistlərlə yanaşı, yerli əhalinin də gəzinti və istirahət yeridir. Gecələr körpünün işıqlandırılması olduqca maraqlıdır və bura İsfahan gənclərinin sevdiyi məkanlardandır. (azərtac)
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO