
Azərbaycanda orta məktəbin həyətindən yeni doğulmuş körpə tapılıb.
Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, hadisə
aprelin 5-də Sumqayıt şəhərində qeydə alınıb. Şəhərdəki 8 saylı tam
orta məktəbin həyətində tapılan yeni doğulmuş qız uşağı xəstəxanaya
təhvil verilib.