"Yol terroru"nun acı nəticələri: 11 ölü, 18 yaralı
Bizi izləyin

Qırmızı.az

"Yol terroru"nun acı nəticələri: 11 ölü, 18 yaralı

Ötən həftəsonu ölkə ərazisində 11 yol qəzası qeydə alınıb, nəticədə 11 nəfər ölüb, 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trendə verilən məlumata görə, aprelin 6-da respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə ölən olmasa da, 8 nəfər yaralanıb.

Məlumata görə, şənbə günü, aprelin 5-də qeydə alınan hadisələrin statistikası daha qorxuludur. Belə ki, həmin ölkə ərazisində 8 yol qəzası baş verib. Qəzalar zamanı 11 nəfər ölüb, 10 nəfər yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm