Sabah 20 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah 20 dərəcə isti olacaq

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında aprelin 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Səhər bəzi yerlərdə zəif duman olacaq, lakin axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7, gündüz 15-20 dərəcə isti olacaq.



Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin günün ikinci yarısından qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.



Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində Abşeron yarımadasında arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm