Nəticələr açıqlandı
Bizi izləyin

Qırmızı.az

Nəticələr açıqlandı

İyunun 25-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb.

TQDK-dan Publika.az-a verilən məlumata görə, 9-cu sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 31 256 şagirddən 318 nəfəri imtahana gəlməyib. 2 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib, 1 nəfərin isə sual kitabçası və cavab kartını imtahan binasından çıxartmağa cəhd göstərdiyi üçün imtahan nəticələri ləğv olunub. İştirakçılardan 103 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

11-ci sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 24 679 şagirddən 289 nəfəri imtahana gəlməyib. 21 nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib. İştirakçılardan 154 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.

Qeyd edək ki, imtahanda iştirak etmiş hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm