AKP-çi deputat Azərbaycanı seçdi – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

AKP-çi deputat Azərbaycanı seçdi – ÖZƏL

Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Mustafa Kabaqçı bu il yay tətilini keçirmək üçün Azərbaycana gələcək.

Bu barədə Publika.az-a M.Kabaqçı özü məlumat verib.

AKP-çi deputat Azərbaycana gələn zaman ailəsini və nəvələrini də özü ilə gətirəcəyini bildirib:

“Nəvələrimə söz vermişəm ki, sizi Azərbaycana aparacam. İnşallah bu il tətili Azərbaycanda keçirməyi düşünürəm. Ümumiyyətlə, son illər Azərbaycan çox inkişaf edir. Müasir və gözəl ölkəyə çevrilib. Səmimi deyim ki, bir ildən çoxdur ki, Azərbaycana gəlməyə fürsət tapa bilmirəm. Onun üçün də Xəzərin sahilləri üçün darıxmışam. İnşallah ən yaxın zamanda dostlarla bir yerdə qardaş Azərbaycana gələcəyik. Azərbaycan mənim üçün kənar ölkə deyil. Bura gələndə özümü öz ölkəmə, şəhərimə gedən kimi hiss edirəm”.

M.Kabaqçı Azərbaycanın ona doğma olduğunu söyləyib: “Azərbaycandan Türkiyəyə gələn qardaş və bacılarımız da öz Vətənlərinə gəlib-gedirlər. Türkiyə onlar üçün yad ola bilməz. İki ölkə arasında ən doğru olanı da budur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm