Azərbaycan Sinqapura birbaşa yük uçuşlarına başlayıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Sinqapura birbaşa yük uçuşlarına başlayıb

“Silk Way West Airlines” şirkəti Sinqapura birbaşa müntəzəm uçuşlara başlayıb.

“Silk Way West Airlines” şirkətinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, uçuşlar həftədə iki dəfə B747-8F yük təyyarəsi ilə yerinə yetiriləcək və Azərbaycan milli yük aviadaşıyıcısını dünyanın başqa istiqamətləri ilə birləşdirəcək.

“Silk Way West Airlines” şirkətinin əsas qərargahı olan Heydər Əliyev Beynəlxalq Hava Limanı (GYD) Asiyadan Avropaya olan marşrutlar üzrə coğrafi üstünlüklər təklif edir. Asiya, Yaxın Şərq və MDB ölkələri üzrə daim böyüyən şəbəkə və rəqabətə davamlı yanacaq qiymətləri aviaşirkətin donanmasına əlavə üstünlük verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm