İstanbuldan Bakıya reyslər bu gün baş tutacaq - AZAL
Bizi izləyin

Qırmızı.az

İstanbuldan Bakıya reyslər bu gün baş tutacaq - AZAL

Ötən gün Atatürk hava limanından Bakıya uçmalı olan təyyarə bu gün saat 13:00-da İstanbuldan yola düşəcək.

Bunu Publika.az-a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

“Bu gün səhər 08:45-də bizim təyyarə cədvələ uyğun olaraq Atatürk hava limanına uçub. Artıq Hava limanı fəaliyyətini bərpa edib. Həmin təyyarə 13:20-də qayıtmalıdır”.

Qeyd edək ki, ötən gün Atatürk hava limanından baş verən partlayış səbəbindən bütün istiqamətlərə eyni zamanda Azərbaycana olan reyslər təxirə salınmışdı.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm