“Nabran Village Holiday”i işlədən Nizami İsgəndərovun yaxın adamı tutuldu – Özəl - Foto
Bizi izləyin

Qırmızı.az

“Nabran Village Holiday”i işlədən Nizami İsgəndərovun yaxın adamı tutuldu – Özəl - Foto

“Nabran Village Holiday”i işlədən Nizami İsgəndərovun yaxın adamı tutuldu – ÖZƏL - FOTOLAR

Bu ayın sonunda Xaçmaz rayon məhkəməsində “Nabran Village Holiday” istirahət mərkəzinin əməkdaşlarının məhkəmə prosesi keçiriləcək. Bunu Publika.Az-ın əməkdaşı ilə söhbəti zamanı sözügedən istirahət mərkəzinin gözətçisi bildirib.

Onun sözlərinə görə, “Nabran Village Holiday” istirahət mərkəzinin əsas icarədarı olan Ramiz adlı şəxs də bu yaxınlarda həbs olunub: Gözətçi deyib: “Belə getsə, bura heç zaman açılmayacaq. Çünki bu ayın sonunda Xaçmaz məhkəməsində “Nabran Village Holiday” istirahət mərkəzinin 4 əməkdaşının məhkəməsi keçiriləcək. Məhkəmənin qərarı olmadan isə buranın açılması mümkün deyil. Özü də indi vəziyyət çox pisdir, “Nabran Village Holiday”in əsas “arendatoru” olan Ramiz adlı şəxsi də həbs ediblər. Onunla 4 nəfər olub. Buranın “arendatoru” olan Ramiz MTN-də işləyib, Nizami İsgəndərovun tanışı idi. Hazırda burada gözətçidən başqa heç kəs olmur”.

Qeyd edək ki, Publika.Az-ın bir qrup əməkdaşı “Nabran Village Holiday” istirahət mərkəzindəki vəziyyəti yerindəcə öyrənmək üçün orada olub. İstirahət mərkəzində gözətçidən başqa heç kəs gözə dəyməyib. Həmin vaxtı istirahət mərkəzinin əsas giriş qapısına “işləmir” sözləri yazılmış plakat asılmışdı. Həmin vaxtı çəkilən fotoları da təqdim edirik.

Vasif Həsənli

Fotolar Elçin Murada məxsusdur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm