Qırmızı.az
"İlham Mirzəyev cadugərxana açıb"- "Xalq qəzeti"ndən cavab
Teleaparıcı İlham Mirzəyev “Xalq qəzeti”ni onun haqqında yalan
məlumat yaymaq ittihamı ilə məhkəməyə verəcəyini deyib. Teleaparıcı
bildirib ki, ötən həftə “Xalq qəzeti”ndə barəsində
həqiqətə uyğun olmayan yazı yazılıb: “Həmin yazını yazanlarla pul
alıb, yazı dərc ediblər. Onları məhkəməyə verəcəm. Prezidentində
bundan xəbəri var. Onlar cəzalandırılacaqlar”.
Qeyd edək ki, “Xalq qəzeti”nin 4 aprel sayında İlham Mirzəyev
haqqında “Yalan ayaq tutar, amma yeriməz... “Zərərçəkmiş” iddiaçı
və vəkilləri məhkəmə prosesindən niyə qaçırlar?” sərlövhəli məqalə
dərc olunub.
Məqalənin müəllifi Əliqismət Bədəlov isə Publika.Az -a açıqlamasında bildirib ki,
onların qəzetinə İlham Mirzəyev haqqında saysız-hesabsız şikayətlər
daxil olub: “Biz də maraqlandıq ki, camaat niyə bundan şikayət
edib. Maraqlanıb gördük ki, bu adam Mədəniyyət və İncəsənət
Universitetini bitirib, amma həkim olmaya-olmaya klinika açıb.
Həkim deyil, bəs xəstələri necə müalicə edə bilər? Özü də deyir ki,
psixoloqdur. Sonradan məlum oldu ki, o xəstələri fala baxmaqla,
falçılıqla müalicə edirmiş”.
Müəllif bildirib ki, Yasamal Rayon Məhkəməsi İlham Mirzəyevin məhkəməyə gəlmədiyi haqqında məlumat yayıb: “O, məhkəməyə deyib ki, xəstədir, ürəyindən müalicə alır və xəstəliyi ilə bağlı həkim qərarı var. Həmin gün birbaşa “İlhamMed” klinikasına zəng vurdum, xəstə gətirmək adı ilə İlham Mirzəyevin qəbuluna düşmək istədiyimi dedim. Dedilər işdədir, gələ bilərsiniz. Halbuki həmin gün məhkəmədə olmalı idi. Necə xəstədirsə, klinikada oturub xəstələri qəbul edir, adamın birinə 50 manatdan məsləhət verir. Getdim klinikaya, dedilər İlham həkim, dırnaqarası “həkim”, xəstələri qəbul edir. Dəqiq öyrəndim ki, ordadır, daha qəbuluna düşmədim. Göründüyü kimi bu adam məhkəməni də aldadıb. Deyib ki, arayışım var. Xəstələri qəbul edirsənsə, necə xəstə ola bilərsən. Ona verilən arayış saxtadır, arayışı verən həkim də cinayət məsuliyyəti daşıyır. Belə çıxır ki, o öz klinikasında kiməsə arayış yazdırıb, peçatı vurub verib məhkəməyə. Sual yaranır, məhkəmədən niyə qaçırsan? Məhkəmənin qərarı var ki, İlham Mirzəyevin vəkilləri də məhkəmə gəlmir, buna görə Vəkillər Kollegiyasına müraciət edəcəklər”.
Ə. Bədəlov qeyd edib ki, “İlhamMed” klinikasının önündə İ. Mirzəyevin xəstəsi olan iki qadınla söhbətində məlum olub ki, onları aldadaraq pulunu mənimsəyib: “Qadınlardan birinə deyib ki, sənin qızın ərə getmədiyi üçün başı xarab olub. Ondan 250-300 manat pul alıb, qızına dua yazıb. 22-23 yaşlı qız ərə getmirsə onun başı necə xarab ola bilər? Azərbaycanda 26-30 yaşlı o qədər qız var ki, ailə həyatı qurmayıblar, deməli onların hamısının başı xarabdır? O biri qadının da uşağının başı əsirmiş, ondan da 300 manata qədər pul alıb dua yazıb. Məqalə qəzetdə çıxandan sonra bizə çoxsaylı zənglər oldu, hətta qadınlardan biri deyir ki, onun pulunu alıb cadu edib, fala baxıb. O da klinikanın qabağına gedib, ağzına gələni deyib , amma pulunu vermir. Hətta o qadın Səhiyyə nazirliyini ittiham edir ki, nazirlik buna klinika açmaq üçün necə lisenziya verib? O lisenziya alıb “İlhamMed” klinikası yox, “İlhamMed” cadugərxanası açıb. İşi-gücü də fala baxmaqdır. Cadu etməklə xəstə sağalar? Deyir mən psixoloqam, camaatı da aldadıb cadugərliklə məşğuldur. Bizim məqsədimiz kiməsə qarşı yazı yazmaq deyil, camaatı aldadanları ifşa etməkdir. Bunu cənab Prezident də dəfələrlə deyib ki, bəsdirin insanları aldatdınız. İlham Mirzəyev Prezidenti istəyirsə, onun dediklərinə əməl etsin, camaatı aldatmasın. O isə camaatı da, məhkəməni də aldadıb. Biz necə böhtan yaza bilərik ki, hakimin dediklərinə əsaslanıb yazmışıq. Bunu hakim deyir, biz yox. Deməli, hakim də İlham Mirzəyevə böhtan atır?!”.
Ə. Bədəlov İlham Mirzəyevin fırıldaqları ilə bağlı növbəti yazı hazırladıqlarının deyib. Bildirib ki, yazın günlərdə həmin məqalə də işıq üzü görəcək.
“Əlimizdə çoxlu faktlar, şikayətlər var. Onun əsasında növbəti
məqalələr hazırlayırıq. İlham Mirzəyev kimilərin həkim
olmaya-olmaya insanların aldatması yetər”-deyə o qeyd edib.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!